Əhalinin gəlirləri 6%-dən çox artıb 

15:58 17.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat təşkil edib.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 1 164 manata çatıb.